Elman Rüstəmov və Rövnəq Abdullayeb namizəd olacaq

4-07-2024, 16:29           
Elman Rüstəmov və Rövnəq Abdullayeb namizəd olacaq
Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizədlər siyahısı ilə bağlı müzakirələr artmaqdadır. YAP-ın namizədləri ilə bağlı dünən yazdığımız xəbərdə bir sıra məşhur deputatlarının yeni parlamentdə təmsilçiliyinə icazə verilməyəcəyi bildirilirdi. Gununsesi.info-nun daha bir araşdırması zamanı bəlli olub ki, YAP-ın namizədləri siyahısına yeni isimlər əlavə olunub.

Bunlar Azərbaycan Mərkəzi Bankının sabiq rəhbəri Elman Rüstəmov və İqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayevdir. Məlumata görə hər iki şəxs YAP-ın deputatlığa namizədləri kimi elan olunacaq. Rövnəq Abdullayevin 24 saylı Nizami birinci seçki dairəsindən namizədliyi irəli sürüləcək. Elman Rüstəmov gəlincə, onun da namizədliyi 120 Saylı Cəbrayıl Seçki Dairəsindən elan olunacağı deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru