Böyük Britaniyanın yeni xarici işlər naziri Ukraynaya səfər edəcək

6-07-2024, 12:33           
Böyük Britaniyanın yeni xarici işlər naziri Ukraynaya səfər edəcək
Britaniya diplomatik xidmətinin yeni rəhbəri Devid Lemmi ukraynalı həmkarı Dmitri Kulebanın Ukraynaya səfər dəvətini qəbul edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri özü məlumat verib.

Onun sözlərinə görə, telefon danışığı zamanı o, Böyük Britaniyadan olan həmkarı ilə ikitərəfli münasibətlər və NATO-nun Vaşinqtonda keçiriləcək sammiti ilə bağlı məsələləri müzakirə edib: "Xarici işlər üzrə dövlət katibi mənim Ukraynaya səfər etmək dəvətimi qəbul etdi".

Bundan əvvəl Böyük Britaniyanın Baş naziri Keir Starmer Lemmini yeni Leyboristlər hökumətində xarici işlər naziri vəzifəsinə təyin edib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru