Kreml bildirir ki, Hindistan baş naziri Rusiyaya 2 günlük səfəri çərçivəsində Putinlə görüşəcək

6-07-2024, 12:44           
Kreml bildirir ki, Hindistan baş naziri Rusiyaya 2 günlük səfəri çərçivəsində Putinlə görüşəcək
Kreml cümə axşamı bildirib ki, Hindistan Baş naziri Narendra Modi gələn bazar ertəsi və çərşənbə axşamı Rusiyaya səfər edəcək və orada Rusiya Prezidenti Vladiir Putinlə danışıqlar aparacaq. Səfər barədə ilk dəfə ötən ay Rusiya rəsmiləri, məlumat vermişdi, amma daha öncə tarixləri açıqlanmamışdı.

Rusiyaının Soyuq müharibədən bəri Hindistanla güclü əlaqələri var və Kreml 2022-ci ilin fevral ayında Ukraynaya qoşun göndərəndən bəri Yeni Dehlinin Moskva üçün əsas ticarət tərəfdaşı kimi əhəmiyyəti artıb. Çin və Hindistan ABŞ və müttəfiqlərinin Qərb bazarlarının Rusiyanın ixraclarına bağlayan sanksiyalarından sonra Rusiya neftinn əsas alıcılarına çevrilib.

Modinin rəhbərliyi altında Hindistan Rusiyanın Ukraynadakı hərəkətlərini qınamaqdan yayınıb, eyni zamanda isə sülh yolu ilə nizamlanmanın vacibliyini vurğulayıb.

Ancaq Rusiya Ukraynadakı zorakılıq səbəbilə Hindistanın əsas rəqibi Çinlə daha yaxın əlaqələr qurmağa başlayandan bəri Moskva ilə Yeni Dehli arasında əməkdaşlıq gərginləşib.

Modi cümə axşamı Moskva və Pekinin Qərbin itttifaqlarına qarşı çıxmaq üçün yaratdığı təhlükəsizlik qrupunun zirvə toplantısına qatılmayıb.

Modi Şanxay Əməkdaşlıq Təşkilatının Qazaxıstanın paytaxtı Astanada keçirilən illik iclasına xarici işlər nazirini göndərib. İclasda Putin və Çin Prezidenti Şi Tsinpin iştirak edib.

Hindistan mətbuatı spekulyasiya edib ki, bu yaxınlarda yenidən seçilən Modi keçən həftə parlament sessiyası ilə məşğul idi.

Modi Rusiyaya ən son 2019-cu ildə Vladivostok şəhərində iqtisadi forumda iştirak etmək üçün səfər edib. O, Moskvaya ən son 2015-ci ildə səfər edib. Putin Modi ilə son dəfə 2022-ci ildə Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatının sammitində görüşüb. 2021-ci ilə Putin Yeni Dehliyə səfər edib və orada Hindistan lideri ilə danışıqlar aparıb.

Pekinlə Yeni Dehli arasında gərginlik 2020-ci ilin iyun ayında Çin-Hindistan sərhədində rəqib qoşunların daş, dəyənək və yumruqlarla vuruşduğu qarşıdurmadan sonra davam edir. Həmin zaman ən azı 20 Hindistan əsgəri və 4 Çin əsgəri həlak olub.

Modi üçüncü dəfə vəzifəyə seçiləndən sonra ötən ay İtaliyanın Apulia regionunda Bpyük Yeddilərin iclasında iştirak edib və süni intellekt, enerji və Afrika və Aralıq dənizi regionunda regional məsələləri müzakirə edib.

1990-cı illərin əvvəlində Sovet İttifaqı Hindistan ordusunun silahlarının təxminən 70 faizinin, hava qüvvələri sistemlərinin 80 faizinin və donanma platformalarının 85 faizinin mənbəyi idi.

Hindistan ilk təyyarə daşıyıcısı INS Vikramaditya-nı 2004-cü ildə Rusiyadan alıb. O, öncə sabiq Sovet İttifaqı və daha sonra Rusiya donanmasında xidmət göstərib.

Ukraynadakı döyüşlər səbəbilə Rusiyanın təchizat xətti pozulduğuna görə, Hindistan Rusiya silahlarınsan asılılığını azaltmağa və müdafiə satınalmalarının şaxələndirərək, silahlarını ABŞ, İsrail, Fransa və İtaliyadan almağa başlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.