İsrail XİN: "Hizbullah" və Livanla genişmiqyaslı müharibə yaxınlaşıb

28-07-2024, 12:08           
İsrail XİN: "Hizbullah" və Livanla genişmiqyaslı müharibə yaxınlaşıb
İsrail "Hizbullah" və Livanla genişmiqyaslı müharibəyə yaxınlaşıb.

Bunu İsrailin xarici işlər naziri İsrael Kats ölkə televiziyasının 12-ci kanalının efirində Holan yüksəkliklərində Məcdəl-Şəmsin atəşə tutulmasından sonra deyib.

"Məcdəl-Şəmsin atəşə tutulması, mülki şəxslərə və uşaqlara zərər verilməsi bütün qırmızı xətlər keçir, buna müvafiq reaksiya olacaq. "Hizbullah" və Livanla genişmiqyaslı müharibə anına yaxınlaşırıq", - o deyib.

Onun sözlərinə görə, uşaqlar da daxil olmaqla azı 10 mülki şəxsin ölümü ilə nəticələnən bu hadisə bütün qırmızı xətləri keçir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru