KİV: Olimpiadanın açılışı sivilizasiyanın məhv olduğunu göstərdi

28-07-2024, 12:54           
KİV: Olimpiadanın açılışı sivilizasiyanın məhv olduğunu göstərdi
Fransanın paytaxtı Parisdə keçirilən Olimpiya Oyunlarının dünənki açılış mərasimi qalmaqala və bir çox ziddiyyətli fikirlərə səbəb olub.

Oxu.Az xəbər verir ki, "pronews" yunan portalı bu hadisəni "sivilizasiyanın dağılması" adlandırıb, çünki "Sonuncu şam yeməyi"ni travestilər təsvir ediblər.

Qeyd olunur ki, bu, Qərb sivilizasiyasının tamamilə dağıldığını və Olimpiya bayramının və onun ideallarının transgenderlərin paradına çevrilməsini açıq şəkildə nümayiş etdirir.

Sayt "X" sosial şəbəkəsinin idman festivalının açılışını fəal müzakirə edən istifadəçilərindən çoxlu reaksiyalar toplayıb.

"Dekadens Avropa", "Olimpiya Oyunlarının ruhu və ideyası öləndə...", - istifadəçilər yazıb.

Bəzi istifadəçilər onları bu cür təxribatdan xilas etmək üçün hətta Vladimir Putinin müdaxilə edəcəyinə ümid etdiklərini bildiriblər.

Xatırladaq ki, bu il Olimpiya məşəlini "Minima Gesté" kimi tanınan travestit Artyur Reyno qəbul edib. O, estafeti tam "döyüş avadanlıqları" ilə keçib - parik, korset və 25 santimetrlik dikdaban ayaqqabı geyinib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru