Əsl bolşevik “qırmızı komissarları” kimi düşünüb davranırlar, bircə hərbi formaları və bellərində asacaqları “Mauser”-ləri çatışmır.

14-08-2024, 09:18           
Əsl bolşevik “qırmızı komissarları” kimi düşünüb davranırlar, bircə hərbi formaları və bellərində asacaqları “Mauser”-ləri çatışmır.
Başımız, əsasən öz seçkilərimizə qarışsa da, işimizin gərəyi dünyada gedən prosesləri də izləyirik. Bu gün ABŞ prezidentliyinə namizəd Donald Trump “X” platforması üzərindən Elon Muska müsahibə verib, artıq milyonlarla insan bu söhbəti izləyib.
Məlum olub ki, müsahibədən öncə AB-nin informasiya üzrə komissarı Thierry Breton, Elon Muska məktib yazıb və xəbərdarlıq edib ki, Trumpun müsahibəsinə senzura tədbiq eləsin, yoxsa “X” platformasını cərimələyəcəklər.
Əsl bolşevik “qırmızı komissarları” kimi düşünüb davranırlar, bircə hərbi formaları və bellərində asacaqları “Mauser”-ləri çatışmır. Bir neçə gün əvvəl yazmışdım, bir daha qeyd edim – bütün dünyanın “liboş-bolşevik-sol-qlobalist” qüvvələri Respublikaçılara qarşı ittifaq qurublar. Bu işin içində Putin də var, Si də, Avropa da - hamısına Demokratlar sərf edir.
Bizdə də belə lokal birliklər olur, mənim namizəd olduğum 33 saylı Xətai seçki dairəsində inzibati resursları Zahid Oruc üçün səfərbər etməyə çalışırlar, artıq bununla bağlı bizim seçki qərargahına bəzi məlumatlar daxil olur, kiminsə damını qırlamağı söz verirlər, kiminsə evinə su çəni qoymağı – amma faydası yoxdur, dairədə qalib gələcəyik və bunu sübut edəcəyik. Sizdən, seçicilərdən ricam budur ki, 1 sentyabr tarixində cəmi 15 dəqiqə vaxtınızı sərf edib seçkiyə gəlin, nə qədər yüksək səviyyədə iştirakçılıq olsa, onların inzibati resurslardan istifadə etmək imkanı bir o qədər məhdud olacaq!
Natig Jafarli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru