Əsgər çatışmır: Rusiya yeni səfərbərliyə hazırlaşır

14-08-2024, 10:47           
Əsgər çatışmır: Rusiya yeni səfərbərliyə hazırlaşır
Rusiya ordusunun Ukraynada cəbhə xəttində itkiləri əvəz etmək üçün kifayət qədər əsgəri yoxdur və bu, 2022-ci ilin fevralında müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb.

Bu barədə "Blumberq" Kremlə və Rusiya Müdafiə Nazirliyinə yaxın üç anonim mənbəyə istinadən məlumat yayıb.

"Bölgə məmurları çağırışçılara ödənilən ödənişlərin artırılmasına baxmayaraq, orta hesabla çağırış kvotalarının üçdə birindən çoxunu doldura bilmirlər. Rus ordusunun Kursk vilayətində Ukrayna qüvvələrinin hücumunu dəf edib sərhədə nəzarət edə bilməməsi Rusiyada müdafiə personalının olmadığını göstərdi. Bütün bunlar Rusiya hakimiyyətini cəbhə xəttindəki hərbçilərə möhlət vermək üçün “rotasiya” kimi təqdim oluna biləcək yeni səfərbərlik həyata keçirməyə məcbur edə bilər.

Yeni səfərbərlik əmri 2024-cü ilin sonunda verilə bilər", - məlumatda bildirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru