Putin nüvə silahına əl atacaq, Bakı və İrəvan arasında... - Sensasiyalı iddia

14-08-2024, 10:57           
Putin nüvə silahına əl atacaq, Bakı və İrəvan arasında... - Sensasiyalı iddia
Ukraynanın Kurska hücumu və müharibə arealının genişlənməsi Ermənistanda qorxuya səbəb olub. Erməni ekspertlər hesab edirlər ki, hadisələrin inkişafında dünyadakı hərbi gərginlik Azərbaycan və Ermənistan arasında da yeni toqquşmalara səbəb ola bilər.

Erməni hərbi ekspert Vitali Manqasaryan Rusiyanın Ukraynaya qarşı sərt addımlar atacağını hesab edir.

“Hətta taktiki nüvə silahının işə salınması da mümkündür. Putin illər öncə verdiyi açıqlamada bildirirdi ki, nüvə silahından istifadəyə görə hesab “1:0” ABŞ-ın xeyrinədir. Bu o deməkdir ki, Rusiya hesabı bərabərləşdirə bilər. Ermənistan bu prosesdə neytrallığını qorumalıdır, lakin Paşinyan hakimiyyəti anti-Rusiya mövqeyindən çıxış edir və bunun ağır nəticələri ola bilər.

Eskalasiya Cənubi Qafqaza sıçraya, Azərbaycan-Ermənistan arasında yeni toqquşmalar baş verə bilər. Çoxları elə düşünür ki, döyüşlər yalnız cəbhə xəttində mümkündür, fikrimcə, bu tam doğru deyil. Bugünkü reallıqda münaqişə tərəfləri düşmənin arxa cəbhədəki hərbi hədəflərini və infrastrukturunu hədəfə alır. Azərbaycan və Ermənistan arasındakı toqquşmada da bu baş verə, nəticədə Ermənistan ağır zərbələrlə üzləşə bilər. Düşünürəm ki, Ermənistan bütün bu ssenarilərə hazır olmalıdır”, - erməni politoloq iddia edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru