“Kursk əməliyyatı müharibədə heyrətli dönüşdür” –NATO-nun sabiq komandanı
17-08-2024, 16:34

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayəti ərazisində əməliyyatı Ukrayna müharibəsində heyrətə salacaq dönüşdür.
Bu barədə 2009-2013-cü illərdə NATO-nun Avropadakı qoşunlarının komandanı olmuş Ceyms Stavridis Bloomberg üçün köşə yazısında yazıb.
O xatırladıb ki, başqa bir suveren dövlətin Rusiyaya sonuncu basqınından bir əsrə yaxın vaxt keçib. 1941-ci ilin iyununda Hitler Almaniyasının hucumu nasistlər üçün pis bitdi.
“İndi 21-ci əsrdə ilk dəfə olaraq hərbi güc olan Ukrayna yüzlərlə kvadrat mil Rusiya ərazisinə sahibdir, rus hərbçilərini əsir götürür, Belqorod və Kursk vilayətlərində fövqəladə vəziyyət və evakuasiya tətbiq edir”– Stavridis qeyd edib.
Onun sözlərinə görə, aylardır daha böyük Rusiya ordusu qarşısında ərazi itirmiş kimi görünən Ukrayna ordusu son bir neçə həftə ərzində rəqiblərindən daha çox ərazi qazanc əldə edib.
“Ukrayna ilk dəfə olaraq Qərbin iki ildən artıq qarşıya qoyduğu məqsədə nail oldu: Kombinə edilmiş birləşmələrədən istifadə etməklə real hücum əməliyyatı keçirdi”.
Onun fikrincə, ukraynalılar daha böyük, daha az çevik rəqiblərini geridə qoya biləcəklərini sübut etdilər. Onlar ruslar üçün problemə çevrilən logistika, rabitə və tibbi xidməti təşkil etmək bacarığını da nümayiş etdirdilər.
“Rusiya peyklərinə, dronların qabaqlayıcı imkanlarına və kəşfiyyatçılarının olmasına baxmayaraq, Ukraynanın əməliyyat hazırlamaq və keçirmək qabiliyyətini qeyd etmək lazımdır”, – deyə ekspert vurğulayıb.