Nüvə qırğını başlayır? - Rusiya yeni "oyuna" başlayır?
18-08-2024, 09:54
Ukrayna Rusiya Federasiyasını təxribatda ittiham etmək üçün Kursk və Zaporojye atom elektrik stansiyalarına zərbələr endirməyi planlaşdırır. TASS xəbər verir ki, bu barədə Xarkov vilayətinin Hərbi Administrasiyasının Daxili İşlər İdarəsi məhbusların dindirilməsinə əsasən bildirib. Rusiya Müdafiə Nazirliyi Ukraynanın Kursk Atom Elektrik Stansiyasına hücumu halında sərt cavab tədbirləri vəd edir. “Əgər Kiyev rejimi qitənin Avropa hissəsində geniş ərazilərin radioaktiv çirklənməsi ilə texnogen fəlakət yaratmağa yönəlmiş cinayət planlarını həyata keçirməyə başlayarsa, dərhal cavab olaraq sərt hərbi və hərbi-texniki tədbirlər görüləcək”, - deyə departamentdən bildirilib. P.S. Bəzi müstəqil ekspertlərin fikrincə bu Rusiya tərəfindən hazırlanmış təxribat planıda ola bilər. Moskva Ukraynaya taktiki nüvə zərbəsi endirmək üçün bəhanə axtarır və bu provakasiya sayəsində bu bəhanəni əldə etdiytini düşünə bilər! TEREF