Ağ Ev altı rusiyalını kiberhücumlarda ittiham edib

6-09-2024, 10:17           
Ağ Ev altı rusiyalını kiberhücumlarda ittiham edib
ABŞ Ədliyyə Nazirliyi 6 Rusiya vətəndaşını Ukraynaya, eləcə də NATO-nun digər 26 ölkəsinə qarşı kiberhücumlarda ittiham etdiyi bəyanat yayıb.

Kiberhücum ittihamı QRU-nun beş zabiti və bir mülki şəxsə qarşı irəli sürülüb.

Ədliyyə Nazirliyinin əlavə etdiyi kimi, günahkarların məsuliyyətə cəlb edilməsi üçün bütün mövcud vasitələrdən istifadə olunacaq.

Amerika departamenti hesab edir ki, müttəhimlər Ukrayna hökuməti haqqında məxfi məlumat əldə etmək üçün əlbir olublar. Bundan əlavə, onlar həm də kompüter sistemlərinə zərər verməyi planlaşdırmaqda ittiham olunurlar.

Bundan əvvəl Positive Technologies-in tədqiqatçıları Rusiyaya təxminən üç dəfə çox kiberhücumların həyata keçirildiyini bildirmişdilər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru