Məhkəmədən Əli İnsanovla bağlı gözlənilməz qərar

6-09-2024, 18:27           
Məhkəmədən Əli İnsanovla bağlı gözlənilməz qərar
Məhkəmə sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının (HƏP) sədri Əli İnsanovla bağlı qərar verib.

Sabiq nazirin məhkumluğunun üzərindən götürülməsi ilə bağlı məhkəməyə müraciətinə baxılıb.

Binəqədi rayon Məhkəməsində keçirilən prosesdə onun müraciəti təmin olunub və məhkumluğunun götürülməsinə qərar verilib.

Qeyd edək ki, Əli İnsanov 2005-ci il oktyabrın 20-də Milli Məclisə seçkilər ərəfəsində hakimiyyəti zorla ələ keçirmə və kütləvi iğtişaşların təşkilinə hazırlıq kimi ittihamlarla həbs edilib, sonradan ona qarşı vəzifə və iqtisadi cinayətlər törətməsi ittihamları da irəli sürülüb. Məhkəmə tərəfindən Əli İnsanov 11 il müddətinə azadlıqdan məhrum edilib.

Azadlığa çıxmağına az qalmış Əli İnsanov barəsində narkotik vasitələrin dövriyyəsi, cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması maddəsi ilə yeni ittiham irəli sürülüb.

2016-cı ildə yeni ittihamlarla həbs müddəti 7 il 5 gün artırılıb.

Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin mart ayında imzalanan əfv sərəncamı ilə Əli İnsanov azadlığa buraxılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru