Ararat Mirzoyan Türkiyədə “3+3” görüşünə qatılacaqmı?

7-09-2024, 10:15           
Ararat Mirzoyan Türkiyədə “3+3” görüşünə qatılacaqmı?
Rəsmi İrəvan hələlik Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “3+3” formatı çərçivəsində nazirlərin görüşündə iştirak edib-etməyəcəyini açıqlamayıb.

Bu barədə “Armenpress” agentliyinə açıqlamasında idarənin mətbuat katibi Ani Badalyan bildirib.

Onun sözlərinə gğrə, Xarici İşlər Nazirliyi rəhbərinin iştirakı ilə keçirilən görüşlər barədə vaxtında məlumat verilir və bu, həmin mövzuya da aiddir.

Xatırladaq ki, xarici işlər nazirlərinin “3+3” formatında görüşü Türkiyədə keçiriləcək. Nazirlərin əvvəlki görüşü ötən ilin oktyabrında Tehranda baş tutub.

Platformada Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə iştirak edir, Gürcüstan isə görüşlərə qatılmır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru