İran Rusiyaya yaxın mənzilli ballistik raketlər göndərib.
Bu barədə “The Wall Street Journal” Amerika və Avropa rəsmiləri arasında olan mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunur ki, İran tərəfindən ballistik raketlərin ötürülməsi Moskvaya Ukraynaya qarşı müharibədə istifadə etmək üçün daha bir güclü hərbi alət verəcək.
Nəşr Rusiyanın aldığı raketlərin sayı və növləri ilə bağlı təfərrüatları təqdim etmir.
Daha əvvəl Reuters yazmışdı ki, bu, Fath-360 ola bilər - maksimum 120 kilometr uçuş məsafəsi və 150 kiloqram çəkisi olan döyüş başlığı ilə ballistik raketləri buraxan sistem...