Kadırov erməni əsilli baş redaktoru təriflədi

7-09-2024, 08:18           
Kadırov erməni əsilli baş redaktoru təriflədi
Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ-ın RT və Marqarita Simonyana qarşı tətbiq etdiyi sanksiyaları şərh edib.

32gun.az bildirir ki, Kadırov Telegram səhifəsində qeyd edib ki, baş verənlər Amerika demokratiyasının əsl simasıdır.

“Əgər onların mediası dünyanın hər yerində bunu edə bilirsə, onda başqalarının öz baxış bucağı ola bilməz”, - Çeçenistan rəhbəri ABŞ-a deyib.

Ramzan Kadırov bütün RT media qrupuna və şəxsən Marqarita Simonyana müraciət edərək, onların əla olduqlarını bildirib.

"Əgər onlar sizdən belə qorxurlarsa, deməli, siz hər şeyi çox, çox düzgün edirsiniz!" - o deyib.

Bundan əvvəl ABŞ “Rossiya Seqodnya” media qrupu və onun törəmə şirkətlərinə qarşı sanksiyalar tətbiq etdiyini açıqlamışdı.

Xatırladaq ki, Marqarita Simonyan — erməni əsilli, rusiyalı jurnalist , media meneceri və təbliğatçısıdır. 2005-ci ildən RT dövlət televiziya kanalının , 2013-cü ildən Russia Today beynəlxalq xəbər agentliyinin , 2014-cü ildən Sputnik xəbər agentliyinin baş redaktordur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru