Durovun sevgilisi onun həbsindən sonra ilk dəfə paylaşım etdi

7-09-2024, 18:08           
Durovun sevgilisi onun həbsindən sonra ilk dəfə paylaşım etdi
"Telegram" mesencerinin yaradıcısı Pavel Durov Fransada həbs olunduqdan sonra onun sevgilisi Yuliya Vavilova sosial şəbəkələrdə ilk paylaşımını edib.

Bu barədə "İzvestiya" məlumat yayıb.

Vavilova izləyicilərinə üz tutaraq, həyatında olduqları üçün onlara təşəkkür edib. O, pərəstişkarlarından ölçüyəgəlməz dəstək aldığını bildirib.

Durovun sevgilisi qeyd edib ki, daha əvvəl sosial şəbəkələrdən istifadə etmək imkanı olmayıb. O, hər şeyin yaxşı olduğunu bildirib.

"Çoxlu yalan məlumatlar yayılıb, amma bu, gələcəyin mövzusudur", - Vavilova "Telegram" kanalında yazıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru