Kadırov: “Putin necə desə, elə də olacaq”

8-05-2025, 09:14           
Kadırov: “Putin necə desə, elə də olacaq”
Çeçenistanın başçısı Ramzan Kadırov özünün mümkün istefası barədə danışıb.

Tribunainfo.az oxu.az-a istinadən xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putinlə söhbət zamanı bu məsələni qaldıracağını söyləyib:

“Bu gün prezidentdən soruşacağam. Necə desə, elə də olacaq. Tezliklə seçki olacaq. Biz hər şey etdik, hər şeyi qurduq. Bir şey olarsa, kimdəsə müəyyən problemlər olarsa, qayıdacağıq! Bir daha deyirəm: qərarı mən vermirəm” , – deyə o diqqətə çatdırıb.

Xatırladaq ki, mayın 5-də R.Kadırov yerli xəbər agentliyinə müsahibəsində prezidentdən onu tutduğu vəzifədən azad etməyi xahiş etdiyini bildirmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru