Vuçiç Qırmızı meydandan səsləndi: - Məni cəzalandırın!

8-05-2025, 10:42           
 Vuçiç Qırmızı meydandan səsləndi: -
Qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə iştirak etmək üçün Moskvaya gedən Serbiya Prezidenti Aleksandr Vuçiç Qırmızı meydandan Serbiya televiziyasına müsahibə verib.

Axar.az xəbər verir ki, o, yalnız Serbiyanın maraqlarını müdafiə etdiyini bildirib.

“Dünyadakı digər insanların nə düşündüyü və ya dediyi məni qətiyyən maraqlandırmır. Məni serb xalqı, Serbiya vətəndaşları seçib – mən nə Riqada, nə Tallinndə, nə Vilnüsdə, nə də başqa yerdə seçilmişəm”, - o qeyd edib.

Vuçiç vurğulayıb ki, Serbiya Avropa yolunda qalacaq.

“Əgər kimisə cəzalandırmaq istəyirlərsə, qoy məni cəzalandırsınlar”, - Vuçiç əlavə edib.

Xatırladaq ki, bir neçə gün əvvəl AB-nin baş diplomatı Kaya Kallas Rusiya paytaxtına səfər edəcək avropalı liderləri “nəticələri” ilə hədələmişdi.

Polşa, Litva və Latviya isə Serbiya prezidentinin Moskvaya uçan təyyarəsinə hava məkanını bağladığı üçün Vuçiç Azərbaycan üzərindən səfər etməyə məcbur olmuşdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru