Senator Lindsi Qrem: “Tramp Şimali Koreya probleminin hərbi yolla həllinə hazırdır”

2-08-2017, 09:09           
Senator Lindsi Qrem: “Tramp Şimali Koreya probleminin hərbi yolla həllinə hazırdır”
ABŞ prezidenti Donald Tramp Şimali Koreyanın nüvə proqramına dair məsələni hərbi yolla həll etməyə hazırdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə nüfuzlu amerikalı senator Lindsi Qrem bildirib.

“Hərbi yolla həll variantı var – Şimali Koreyanın proqramını və KXDR-in özünü məhv etmək... Bu iş 20 il təxirə salınıb. Əgər onlar yeni qitələrarası ballistik raketlə Amerikanı vurmaq cəhdlərini davam etdirəcəklərsə, onda raket proqramına görə Şimali Koreya ilə müharibə olacaq”, - deyə L.Qrem NBC telekanalına müsahibəsində bildirib.

“O bunları mənə deyib. Mən ona inanıram”, - deyə Qrem əlavə edib.

Senatorun sözlərinə görə, o dinc ssenarinin tərəfdarıdır, lakin ABŞ KXDR-ə nüvə silahı və onunla əlaqəli vasitələr əldə etməyə imkan verməyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru