Kim Çen In-in "timsah" göz yaşları FOTO

Bu gün, 17:48           
Kim Çen In-in "timsah" göz yaşları FOTO
Kim Çen In Rusiyada qırğına verdiyi Şimali Koreya hərbçilərinə görə "ürəyinin ağrıdığını" deyib
Şimali Koreya lideri Kim Çen In Ukraynaya qarşı müharibədə Rusiya üçün döyüşərkən həlak olan hərbçilərə emosional ehtiramını ifadə edərək, hərbi itkilərin nadir etirafında “ürəyinin ağrıdığını” deyib.
Şimali Koreyanın dövlət mediası KCNA-nın məlumatına görə, Kim cümə axşamı günü Pxenyanda Kursk bölgəsində Rusiya üçün döyüşən birlik komandirləri ilə görüşdüyü mərasimdə deyib. Kimin əsgərlərin geyimlərinə təltif nişanları taxdığını göstərən dövlət mediası fotoşəkilləri ilə onları "qəhrəman ordu" kimi tərifləyib.
KCNA tərəfindən yayımlanan fotoşəkillərdə həmçinin Kimin divara düzülən mərhum əsgərlərin foto çərçivələrinə döş nişanları taxdığını və hər əsgərin adının şəklinin altında qızılı rənglə yazılmış olduğunu göstərdi.
CNN.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru