Həsən Ruhani Paşinyanı İrana səfərə dəvət edib

25-07-2018, 06:53           
Həsən Ruhani Paşinyanı İrana səfərə dəvət edib
Ermənistanın Baş naziri Nikol Paşinyan İranın energetika naziri Reza Ardakanianı qəbul edib.

"Report"un news.am-a istinadən verdiyi xəbərə görə, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

Paşinyan Ermənistan-İran münasibətlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, eyni zamanda, iki ölkə arasında ticarət həcminin artırılması üçün mühüm addımların atılmasının zəruriliyinə diqqət çəkib.

İranın energetika naziri Reza Ardakanian Paşinyana İran prezidenti Həsən Ruhaninin ölkəsinə dəvət mesajını çatdırıb. Nazir, azad iqtisadiyyat və investisiya zonalarında əhəmiyyətli əməkdaşlığın qurulacağına əminliyini ifadə edib.

Görüşdə həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru