Rusiyaya növbəti sanksiyalar tətbiq olunacaq –Senatorlar yeni layihəyə hazırlayır

25-07-2018, 00:12           
Rusiyaya növbəti sanksiyalar tətbiq olunacaq –Senatorlar yeni layihəyə hazırlayır
ABŞ-ın Respublikaçılar Partiyasından senator Lindsi Qrem və onun demokrat həmkarı Bob Menendes Rusiyaya sanksiyalar yolu ilə təzyiqin gücləndirilməsi üzrə qanun layihəsinin üzərində işə başlayıb.

Bu haqda Qremin saytında dərc edilmiş press-relizdə deyilir.

Senatorlar bildiriblər ki, onlar Rusiyanın təcavüzünə qarşı Konqresin aktiv rolunun saxlanılmasına sadiqdirlər.

Dərc edilmiş sənəddə aydınlaşdırılır ki, qanun layihəsi xüsusi halda, Rusiyanın energetika və maliyyə sektoru, Rusiya oliqarxları və müəssisələrinə qarşı sanksiyaların gücləndirilməsi, Rusiyanın suveren borcuna qarşı sanksiyaların tətbiqi və Rusiya təhdidlərinə operativ münasibət göstərmə üzrə Milli Mərkəzinin yaradılması əksini tapıb.

Qeyd edək ki, Rusiyanın ABŞ-dakı seçkilərə mümkün müdaxiləsi və prezident Trampın Rusiya ilə güman edilən əlaqələr müstəqil xüsusi prokuror Robert Müller, həmçinin ABŞ Konqresinin kəşfiyyat üzrə komitələri və Nümayəndələr Palatası tərəfindən araşdırılır.

Moskva isə ABŞ-dakı seçkilərə mümkün müdaxilə və prezident Trampın Rusiya ilə güman edilən əlaqələri barədə ittihamları əsasısz hesab edir/Publika.az.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru