“Krallar, diktatorlar mənə...” – Trampın bu sözləri QALMAQAL YARADACAQ

25-07-2018, 07:28           
“Krallar, diktatorlar mənə...” – Trampın bu sözləri QALMAQAL YARADACAQ
ABŞ prezidenti Donald Tramp Amerikanın Təl-Əvivdəki səfirliyinin Qüdsə köçürülməsi ilə əlaqədar qalmaqal yaradacaq ifadələr işlədib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, Tramp bir çox dövlət başçısının ona Qüdslə bağlı yalvardığını bildirib.

“Krallardan, dövlət başçılarından, diktatorlardan telefon zəngləri gəlirdi. Bunu etməməyim (səfirliyin Qüdsə köçürülməsi –red.) üçün mənə yalvaran hər kəsdən telefon zəngləri gəlirdi. Zənglərin nə ilə əlaqədar olduğunu bildiyim üçün “onlara gələn həftə zəng edəcəyimi söyləyin” deyirdim. Sonra onlara zəng edib “artıq çox gecdir” deyirdim”, - Tramp Kanzas ştatında xarici veteranların Milli Konqresində söyləyib.

Qeyd edək ki, 2017-ci il dekabrın 6-da ABŞ prezidenti Donald Tramp Qüds şəhərini İsrailin paytaxtı kimi tanıyıb və ölkəsinin səfirliyininin Təl-Əvivdən Qüdsə köçürülməsi barədə təlimat verib. Bu il mayın 14-də İsrailin yaranmasının 70-ci ildönümündə ABŞ səfirliyi Təl-Əvivdən Qüdsə köçürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru