ABŞ "Krım bəyannaməsi"ni açıqlayıb

26-07-2018, 07:40           
ABŞ "Krım bəyannaməsi"ni açıqlayıb
ABŞ "Krım bəyannaməsi"ni açıqlayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, Dövlət Departamenti - Krım yarımadasının Rusiya tərəfindən qanunsuz ilhaqına dair ABŞ-ın rəsmi mövqeyini müəyyən edən sənədi elan edib.

Dövlət katibi Mayk Pompeo tərəfindən imzalanmış sənəddə vurğulanır ki, Krımın 2014-cü ildə Rusiya tərəfindən qanunsuz birləşməsinin həyata keçirilməsi dövlət sərhədlərinin zorakılıqla dəyişdirilməsini istisna edən beynəlxalq hüququn prinsiplərini pozur.

Sənəddə bildirilir ki, ABŞ tərəfdaşları və müttəfiqləri, beynəlxalq ictimaiyyətlə birlikdə Krımın ilhaq olunmasını qəbul etmir. Birləşmiş Ştatlar Ukraynanın ərazi bütövlüyü tam bərpa olunana qədər bu siyasəti davam etdirəcəyini vəd verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.