İranlı deputat: “İraq İrana 1,1 milyard dollar cərimə ödəməlidir”

10-08-2018, 22:38           
İranlı deputat: “İraq İrana 1,1 milyard dollar cərimə ödəməlidir”
İraq İrana iki ölkə arasında baş vermiş 1980-1988-ci il müharibəsinə görə 1,1 milyard dollar cərimə ödəməlidir.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bu barədə İran parlamentinin üzvü Mahmud Sadeqi “Twitter” səhifəsində yazıb.

“İran İraqdakı mürəkkəb vəziyyəti nəzərə alaraq əvvəllər (Müharibədən sonra - “Report” ) hərbi kompensasiya tələb etmirdi. İraqın baş naziri Heydər əl-İbadi bu kompensasiyanı ödəməkdənsə, ABŞ-ın İrana qarşı sanksiyalarını dəstəkləyir”, - M.Sadeqi vurğulayıb.

İraqın baş naziri Heydər əl-İbadi ABŞ-ın İrana tətbiq etdiyi sanksiyalara münasibət bildirərkən deyib ki, biz İrana qarşı sanksiyalara qoşulmayacağıq, ancaq ona tabe olacağıq: "Ölkəmiz və xalqımız sanksiyalardan yorğun düşüb. Yaranmış şəraitdə İraqın maraqlarından çıxış edəcəyik. Biz dünyanın iqtisadi sistemindən kənarda qala bilmərik”.

Qeyd edək ki, İran-İraq sərhədində 9 nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərir. Qonşu ölkədən İraqa böyük miqdarda ərzaq, tikinti materialları, tibbi ləvazimatlar, elektrik enerjisi və yanacaq ixrac olunur.

Xatırladaq ki, avqustun 7-də ABŞ-ın İrana qarı sanksiyalarının birinci mərhələsi qüvvəyə minib. Sanksiyaların ikinci mərhələsi noyabrın 5-də başlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru