Zaxarovadan Türkiyə açıqlaması: - Hədəf Afina deyil

15-08-2018, 18:04           
Zaxarovadan Türkiyə açıqlaması: - Hədəf Afina deyil
Rusiya ilə Türkiyənin əməkdaşlığı üçüncü bir ölkəni hədəfə almağa yönəlməyib.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. O, Ankara ilə əməkdaşlığın hədəfinin Yunanıstan olmadığını bildirib:

“Rusiya hər hansı bir ölkə ilə başqa bir dövlətə qarşı dostluq etməz. Rus-türk əməkdaşlığı nümunəvi xarakter daşıyır və bu dəfə də mətbuatda aktiv şəkildə işıqlandırılır. Rus-türk əməkdaşlığı hər hansı üçüncü ölkəni hədəf seçməyib”, - Zaxarova bildirib.

Xatırladaq ki, Yunanıstan XİN Rusiyanı “Türkiyənin silahdaşı” adlandırmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru