Rusiyaya böyük şok: İki ölkə işğala görə kompensasiya tələb edir

23-08-2018, 00:12           
Rusiyaya böyük şok: İki ölkə işğala görə kompensasiya tələb edir
Estoniya və Latviyanın ədliyyə nazirləri bildiriblər ki, onlar işğala görə Sovet İttifaqının varisi kimi Rusiya Federasiyasının əvəz ödəməsini tələb etmək imkanlarını öyrənirlər.

Bu memorandumla nazirlər Urmas Reynsalu və Dzintars Raznaçs iki ölkənin müstəqilliyinin 100 illiyi münasibətilə keçirilən iclasdan sonra çıxış ediblər.

Sənəddə deyilir ki, Estoniya və Latviya əməkdaşlıq, tarixi irsin əbədiləşdirilməsi, təhlükəsizlik, demokratiya və hüquqi dövlət prinsiplərini təmin etmək məsələsinə dəyər verir. Bununla əlaqədar nazirlər sovet işğalına qarşı mübarizə simvollarının xatirəsinin qorunub saxlanılması və Sovet İttifaqının hüquqi varisi kimi Rusiya Federasiyasından dəymiş ziyanın ödənilməsi barədə tələb irəli sürmək imkanlarını öyrənməyi vacib sayırlar.

Nazirlər bu istiqamətdə işlərin aparılması, o cümlədən məsələnin BMT səviyyəsinə çıxarılması üçün bir-birlərinə fəaliyyət planı təqdim ediblər (Teleqraf.com).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru