Macarıstan qaçqınları bilərəkdən ac saxlayır – ŞOK İDDİA

23-08-2018, 23:35           
Macarıstan qaçqınları bilərəkdən ac saxlayır – ŞOK İDDİA
Macarıstan sığınacaq istəyi rədd edilən və deportasiya mərkəzlərində saxlanılan qaçqınları bilərəkdən ac saxlayır. AzEuroNews.com xəbər verir ki, bu iddialarla nüfuzlu “Human Rights Watch” təşkilatı çıxış edib. Təşkilat iddia edir ki, qaçqın siyasətinə qarşı olduqca sərt mövqe sərgiləyən Macarıstan deportasiya mərkəzlərində saxladığı qaçqınlara qarşı qeyri-insani münasibət göstərir.

“Human Rights Watch”- a görə, Macarıstan qaçqınların könüllü öz ölkəsinə qayıtması üçün müxtəlif təzyiq vasitələrindən istifadə edir ki, onlardan biri də bilərəkdən ac saxlamaqdır.

Təşkilatdan bildirilib ki, Avropa Birliyi ölkəsi olan Macarıstan Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozur.

Macar Helsinki Komitəsinin açıqlamasına görə isə, ötən gün Əfqanıstan vətəndaşı olan bir qadın ac buraxılıb, ondan könüllü olaraq Serbiyaya qayıtması istənilib.

Komitədən verilən açıqlamaya görə, onlar 8 Əfqanıstan vətədaşının bilərəkdən ac saxlanılması ilə bağlı fakta sahibdirlər. “Artıq Macarıstanın deportasiya mərkəzlərində saxladığı qaçqınları yeməklə təmin etməsi üçün 5 məhkəmə qərarı var” deyə komitədən bildirilib.

Məlumat üçün bildirək ki, Macarıstanın baş naziri Viktor Obanın 2015-ci ildən bəri qaçqın siyasəti ilə bağlı olduqca sərt mövqe sərgiləməsi hələ də müzakirə mövzusudur. Sığınacaq istəyi ilə bağlı müraciətləri nadir hallarda qəbul edən Macarıstanın iyul ayında qəbul etdiyi qanuna görə “təhlükəsiz ölkə”lərdən gələn qaçqınları qəbul etmir.

“Təhlükəsiz ölkə” anlayışı hazırda ərzisində müharibə getməyən ölkələrə aidir ki, onların sırasında Azərbaycan da var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.