20 minlik qüvvə gizli şəbəkəyə çevrilir - Baş katibdən ilginc MƏRUZƏ

24-08-2018, 08:01           
20 minlik qüvvə gizli şəbəkəyə çevrilir - Baş katibdən ilginc MƏRUZƏ
Gizli şəbəkəyə çevrilən İŞİD terror qruplaşması İraq və Suriyada 20 mindən çox döyüşçüyə malikdir.

Publika.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda BMT-nin Baş katibi Antonio Quttereşin İŞİD təhdidi haqqında növbəti məruzəsində deyilir.

Məruzədə qeyd edilir ki, İŞİD gizli qlobal şəbəkəyə çevrilməkdə davam edir. Bildirilir ki, İraq və Suriyada zəiflədilmiş, amma möhkəm nüvəyə malik təşkilatın Afrika və Yaxın Şərqdəki regional bölmələri, həmçinin Afrika və Asiyaya qayıdan terrorçular və onların ailə üzvləri mürəkkəb problem təşkil edir.

BMT-nin qiymətləndirmələrinə görə, İŞİD-in 20 min döyüşçüsü İraq və Suriyada təxminən bərabər bölünüb. Onların sayına bir neçə min xarici döyüşçü daxildir və əvvəlki kimi əhəmiyyətli güc təşkil edir.

“İraq və Suriyaya xarici döyüşçülərin axını bütovlükdə başa çatıb , amma onların əks axını ciddi problem olaraq qalır”, - baş katib qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru