Tramp "DİBƏ DÜŞDÜ" - ABŞ mətbuatı İLGİNC FOTOLARI yaydı

24-08-2018, 10:33           
Tramp "DİBƏ DÜŞDÜ" - ABŞ mətbuatı İLGİNC FOTOLARI yaydı
Amerikanın dünyaca məşhur “Taym” (Time) dərgisi avqust sayının üz qabığına ABŞ prezidenti Donald Trampı çıxarıb.

Publika.az xəbər verir ki, prezidentin üz qabığında “çöküşdə” olduğu formada çəkilib. Fotoların üzərində "Burada görmək üçün bir şey yoxdur", "Fırtına", "Dibdə" sözləri yazılıb.



Son günlər dünyanın ən güclü ölkələrinə tətbiq etdityi sanksiyalar səbəbilə tənqidlərə məruz qalan Donald Trampın böyük problemlərinin olduğu bildirilir.

Onun sabiq vəkili və seçki kampaniyasının direktoru məhkəmə tərəfindən ittiham edilib. Vəkil də bildiyi hər şeyi etiraf edəcəyini deyib.

Trampın “Oval ofisi”ndə keçən çalxantılı günləri "Taym" dərgisi tərəfindən məhz “Tramp çöküşdədir” formasında çəkilib.

Qeyd edək ki, dərgi daha öncə Trampın yavaş-yavaş sona yaxınlaşdığını işarə edən üz qabıqları da hazırlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru