İtaliyanın baş naziri Avropa İttifaqını ikiüzlülükdə ittiham edib

25-08-2018, 07:56           
İtaliyanın baş naziri Avropa İttifaqını ikiüzlülükdə ittiham edib
İtaliyanın baş naziri Cüzeppe Konte Avropa İttifaqının (Aİ)miqrasiya böhranı və qaçqınları dayışan "Diçotti" gəmisi ilə bağlı yaranmış vəziyyətdə həmrəylik göstərmədiyini və ikiüzlülük etdiyini bildirib.

“Report” xəbər verir ki, o bu barədə öz "Facebook" səhifəsində yazıb.

"İtaliya, bu gün Avropanın əhəmiyyətli bir fürsəti əldən verməsini nəzərə almaq məcburiyyətindədir: miqrasiya mövzusu həmişə Avropanın əsas prinsipləri olaraq bəyan edilsə də, həmrəylik və məsuliyyətlilik prinsipinə riayət olunmadı ...Növbəti dəfə ikiüzlülük nümayiş etdirildi ki, bu da sözün əməldən fərqlənməsində öz əksini tapır", — deyə Konte bildirib.

O qeyd edib ki, Aİ üzvləri nəticədə İtaliyanın yenidən miqrant qəbul etmək məcburiyyətində qala biləcəyi "özlüyündə "maskalanmış" Dublin sazişini"ni qəbul etməyə cəhd göstərdilər.

Baş nazirin sözlərinə görə, İtaliya hakimiyyəti bu vəziyyətdən nəticə çıxarıb və yaranmış vəziyyətlər çərçivəsində ardıcıl və qətiyyətlə hərəkət etməyə davam edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru