Bağlanan bankın müştərilərinin diqqətinə - Əmanətlərinizi bu bankdan alacaqsız
28-01-2016, 13:13
““Bank of Azerbaijan”ın əmanətçiləri öz əmanətlərini “Muğanbank” vasitəsilə alacaq”.
"Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında "Muğanbank"ın Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov deyib. O bildirib ki, əmanətçilər iş günü ərzində banka yaxınlaşıb qorunan əmanətlərini ala bilərlər:
“Həftənin birinci günündən müştərilər bankın istənilən filialına yaxınlaşıb ala bilərlər”.
Şaiq Ələkbərov həmçinin qeyd edib ki, digər bağlanmış 5 bankın əmanətlərini də müştərilərə qaytara bilərlər:
"Bu barədə Əmanətlərin Sığortalanması Fonduna təkliflərimizi vermişik".