“Texnikabank” bağlanır? - Açıqlama

29-01-2016, 14:20           
“Texnikabank” bağlanır? - Açıqlama
“Texnikabank”ın lisenziyasının ləğv olunması ilə bağlı hələ ki qərar qəbul edilməyib. Bu barədə məlumat yoxdur.

Bunu Axar.az-a Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev deyib.

Onun sözlərinə görə, hələlik belə bir məlumat daxil olmayıb və əgər hər hansı qərar olarsa, ictimaiyyətə açıqlanacaq.

Xatırladaq ki, banka bir müddət Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyev rəhbərlik edib və adı dəyişdirilərək “Bank Technique” adlandırılıb. Ötən ilin oktyabrında isə Etibar Əliyev yenidən bankın rəhbərliyinə gətirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru