Kardiologiya İnstitutunun direktorunun elmi işi plagiatdır? - İDDİA

1-08-2019, 17:05           
Kardiologiya İnstitutunun direktorunun elmi işi plagiatdır? - İDDİA
C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın elmi işi plagiatdır.

Bu barədə məlumatı Rubrika.az saytı yayıb.

Sayt yazır ki, Səhiyyə naziri Oqtay Şirəliyevlə qohum olan İnstitut direktorunun "Cinsdən asılı olaraq ürək çatışmazlığının müalicəsi” mövzusunda olan elmi işin 38 səhifəsi tamamilə köçürmə-plagiatdır.

Sayt iddia edir ki, məhdud dairədə "müzakirə” olunan elmi iş müəllifin nazirlə qohum olduğuna görə təsdiq olunub və G.Dadaşova öz adını alimlər sırasına yazdıra bilib.

Qeyd edək ki, Azərbaycanda son illər plagiat elmi əsərlərin, elmi işlərin və plagiatlıqla məşğul olan "elm adamları"nın sayı xeyli artmaqdadır.

Qlobal.az məsələ ilə bağlı Kardiologiya İnstitutu (012-564 49 72) ilə əlaqə saxlayıb mövqe öyrənməyə çalışsa da, institutdan zənglərimizə cavab verilmədi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.