"Azimport"un fəhlələri etiraz edir... - Maaşları verilmir
8-12-2015, 17:15
Azimport fəhlələrin pulunu verməməkdə iddialıdır.
Bu barədə Vizual.az-a bir qrup fəhlə məlumat verib.
Onların sözlərinə görə, şirkət rəhbərliyi fəhlələri adam yerinə qoymur:
"Açıq şəkildə deyirlər ki, rədd olun, gözümüzə görünməyin, yaxşı adam olsaydınız, fəhlə niyə olurduz? Pulumuz yoxdur, olanda verəcəyik. Olmayacaq verməyəcəyik, gedin evinizdə oturun, xəbər gözləyin”.
Fəhlələr müraciət etmədikləri instansiyanın qalmadığını deyib. "İşin sifarişçisi SOKAR isə 2. 200.000 dən çox pulun ödənildiyini desə də "Azimport” bizə çatacaq 800.000 manatdan bir qədər çox pulu vermir.
Şirkətin rəhbəri pulu müavini Rauf İsmayılova verdiyini deyir. Rauf İsmayılov isə mənə verilən pulu Azər özünün və Əli adlı bir məmurun şəxsi layihələri üçün xərcləndiyini deyir”.
Fəhlələrdən Əliyev Namiq, Kərimov Səfa, Rəhimov Rövşən, Əliyev Elman, Fətullayev Sadiq, Nuralıyev Araz, İsayev Saməddin və digərləri daha böyük aksiyalara əl atacaqlarını deyir.
Əsədxan İsayev: "Ölkə başçısının korrupsiyaya və dövlət əmlakına qarşı apardığı qətiyyətli işlərin sorağı deyəsən bunlara çatmayıb. Əks halda fəhləni işlədib, balalarının ac qalmasına səbəb olmazdılar.
Bizə çatacaq pul sifarişçi SOCAR tərəfindən tam ödənilsə də, şirkətin sədri Azər Əsgərov, icraçı direktor Raqif müəllim, Layihə rəhbərləri Rauf Qasımov, Rauf İsmayılov və Elsevər Daşdəmirov tərəfindən mənimsənilib. Bizim ümidimiz ölkə rəhbərinədir. İnanırıq ki, səsimiz ona çatsa bu məsələ də öz həllini tapacaq”.