Bu sahibkarlar əmlak vergisi ödəyəcək - BU GÜNDƏN

1-01-2020, 12:30           
Bu sahibkarlar əmlak vergisi ödəyəcək - BU GÜNDƏN
Bu gündən Azərbaycanda mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1 milyon manatdan çox olan mikro sahibkarlar əmlak vergisi ödəməli olacaqlar.

Bu barədə məlumat “Vergi Məcəlləsi”nə edilən və bu gündən qüvvəyə minən yeni dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklərə əsasən, müəssisənin mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri bir milyon manatdan artıq olarsa, həmin müəssisə, ümumi qaydada əmlak vergisini hesablayıb ödəməlidir.

Göründüyü kimi, müəssisənin balasında olan avadanlığın əvvəlki ilin sonuna qalıq dəyəri bir milyon manatdan artıq olduğundan mikro sahibkarlıq subyektlərinə tətbiq edilən əmlak vergisi üzrə azadolma sizin müəssisəyə şamil olunmur.

Qeyd edək ki, bu günə qədər tətbiq edilən qaydalara əsasən, mikrosahibkarlıq subyekti olan bütün şəxslər əmlak vergisi ödəməkdən azad idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru