Qəbələ İcra Hakimiyəti operativ tənqidə cavab verdi - MÖVQE

22-08-2020, 15:34           
Qəbələ İcra Hakimiyəti operativ tənqidə cavab verdi - MÖVQE
Teref.az yazır ki, saytımızın bu günki nömrəsində Qəbələ rayon İcra Hakimiyəti ilə bağlı Qəbələ sakini Azər İsmayılovun dövlət başçısına müraciətini dərc etmişdik. Qəbələ rayon İcra Hakimiyəti tənqidi müraciətə operativ reaksiya verərək öz mövqeyini elektron poçtumuza göndərib.
Teref.az olaraq Qəbələ rayon İcra Hakimiyətinin mövqeyini oxuculara təqdim edirik:
Hörmətli Nurəddin müəllim,

Bizə ünvanladığınız sorğuya cavab olaraq bildiririk ki, müraciətdə göstərilən bütün faktlar həqətə uyğun deyil və qərəzlidir. Belə ki, müraciət müəllifi Qəbələ rayon sakini İsmayılov Azər Ağamurad oğlu dəfələrlə Qəbələ şəhər bələdiyyəsinin sədrini müxtəlif şər və böhtanlarla hədələyərək ondan şantaj yolu ilə pul əldə etməyə çalışmış və buna nail olmadıqda mütəmadi olaraq belə yollara əl atır.

Bir daha vurğulayırıq ki, müraciətdə göstərilən digər bütün faktlar da yalan, şər və böhtandır. Bunları yerində araşdırıb həqiqəti bilmək üçün uyğun bildiyiniz zamanda əməkdaşınızın Qəbələ rayonuna ezam olunmağını Sizə tövsiyə edirik.

Onu da nəzərinizə çatdırırıq ki, İsmayılov Azər Ağamurad oğlu 1997-ci ildən son zamanlaradək rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsinin psixatriya kabinetində “Şizofreniya paranoid forma” diaqnozu ilə qeydiyyatda olmuşdur.

Nəzərə almağınızı xahiş edir və əməkdaşlığa görə Sizə təşəkkür edirik.
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.