Oqtay Şirəliyev səhiyyəsinin üzü və astarı - İTTİHAM VAR

9-05-2016, 13:56           

Bu günlərdə köhnə "semaşko" xəstəxanasının baş həkiminin vəzifəsindən könüllü istefa verdiyi barədə xəbərlər yayılıb. Məlumata görə, Sabit həkim xəstəxanaya ötən ilin sentyabr ayından rəhbərli edirdi. İnsafən, baş həkimin bu tanınmış müalicə mərkəzini abıra salmaq cəhdləri ilk vaxtlar yüksək qiymətləndirilirdi. Hətta belə bir fikir də formalaşmışdı ki, səhiyyə naziri baş həkimin fəaliyyətinə şəxsi dəstəyini əsirgəmir. Bu yerdə rica edirəm, inanan daşa dönsün, deməyin. Bir zarafatdı, elədim. Rüşvət tanımayanın vəzifədə nə işi var, düz deyil? O ki qaldı həkim ola, maaş əvəzi də qəpik-quruş ala... Korrupsiya və rüşvətə yox dediyimiz indiki günlərdə ən böyük arzumuz Oqtay Şirəliyevin dərdindən mərəzə düşmüş kimi görünən səhiyyə müəssisələrindəki neqativ mənzərələrə qismən də olsa əncam çəkilməsidir. Gundelik-baku.com bildirir ki, təəssüf ki, arzu olunanı həqiqət kimi qələmə vermək imkanımız yoxdur. Öz aramızdı, kim istəyər ki, xalq arasında "semaşko balnisası" kimi tanınan 1 saylı klinik şəhər xəstəxanasında həkimlər xəstələri rüşvətlə sınağa çəksin. Kim razı olar ki, dövlət xəstəxanası statusunu daşıyan bir tibb ocağında korrupsiogen aura hökm sürsün? Əlbəttə, heç kim!
Oqtay Şirəliyev səhiyyəsinin üzü və astarı - İTTİHAM VAR
Elə qısa zaman içində xəstəxananın baş həkimi vəzifəsinin "dadını çıxarmış" Sabit Hüseynzadə də biabırçılıq həddindəki bu dəhşətli reallıqla barışmaq məcburiyyətində qalmış kimi görünmürdümü? Artıq sabiqləşmiş baş həkimi qınamırıq. Necə olmasa, xəstəxanaya təyinat aldığı qısa müddət ərzində nəyəsə nail olmaq mümkün deyildi? Ən azı rəhbərlik etdiyi səhiyyə ocağında mövcud rüşvətxorluğun kökünü kəsmək üçün yollar axtarıb tapmaq, cənab nazirlə əl-ələ verib bu məsələyə bir əncam çəkmək də olardımı? Lakin əncam çəkilmədi. Bizə çatan məlumata görə, səhiyyə naziri Sabit Hüseynzadəyə verdiyi vədlərinə xilaf çıxıb. Ərz edirik ki, 1 saylı Şəhər Kliniki Xəstəxanası tibbi xidmətin bütün növləri üzrə xəstələrə xüsusi diqqət yetirildiyi səhiyyə ocağıdır. Baş həkim xəstəxananı başına götürmüş bazar ovqatından xilas etmək üçün çalışsa da buna nail ola bilməyib. Xəstəxanada rüşvətin qarşısını almaq üçün görülən tədbirlər, o cümlədən, səhiyyə ocağının büdcəsinin xeyli artırılması və həkim otaqlarında kameraların quraşdırılması da heç nəyə yaramayıb. Görünür, baş həkimi səhiyyə nazirinin bu müalicə mərkəznin fəaliyyətinə biganəlyi ruhdan salıb. Oqtay Şirəliyev səhiyyəsinin üzü və astarı elə bu deyilmi? Əldə etdiyimiz son məlumata görə, səhiyyə naziri artıq yeni baş həkim axtarışına çıxıb... Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.