Nəhayət ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də Naxçıvanda işlərə başlayıb.
11-12-2022, 08:34
Qurum rəsmiləri Naxçıvanda olublar, Gov.az sektorunda , kibertəhlükəsizlik və dövlət şəbəkəsi sahəsində vəziyyəti yerində öyrəniblər və görüşlər keçiriblər. Dövlət Xidməti açıqlayıb ki, Naxçıvan dövlət informasiya resursları da ölkənin vahid Gov.az zonasına köçürüləcək və AzStateNet vahid dövlət şəbəkəsinə inteqrasiya olunacaq. İlkin olaraq Naxçıvanın 100-dən çox dövlət resursunun yalnız 11-i təhlükəsizlik auditləri üçün XRİTDX-yə təqdim edilib. Qurum açıqlayıb ki, Naxçıvanın rəqəmsal dövlət sektorunun mərkəzə inteqrasiyası üçün, ölkə üzrə dövlət sektorunda vahid informasiya mühitinin formalaşması üçün konkret tədbirlər planı hazırlanıb. XRİT Dövlət Xidmətinin qeyd olunan istiqamətdəki fəaliyyəti olduqca vacib, strateji əhəmiyyət kəsb edən , milli maraqlarımıza uyğun olan və təqdirəlayiq bir addımdır. Mövcud qanunvericilik, Prezidentin bu istiqamətdə fərman və sərəncamları məhz bunları tələb edirdi. Əlbəttə, bütün bunlar çoxdan reallaşmalıydı. Xatırladıram ki, indiyədək Naxçıvan Muxtar Respublikasının rəqəmsal dövlət sektoru, rəqəmsal hökumət separat formada, mərkəzdən tam kənar, həm də bəsit bir vəziyyətdə olub. Osman Gündüz Teref.az