Elçibəyin qardaşı Nemət Pənahlının ağzından vurdu: “cəfəngiyyatdır…”
6-06-2016, 07:51
Meydan hərəkatının aktiv iştirakçılarından olan Nemət Pənahlı “Qaynar Qazan”a açıqlamasında milli azadlıq hərəkatının lideri, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə bağlı maraqlı fikirlər səsləndirib. N.Pənahlının sözlərinə görə, Ə.Elçibəy onunla barışmağa səy göstərsə də o, hər zaman mərhum prezidentin bu səylərinə qarşılıq verməyib. N.Pənahlının bildirdiyinə görə, Ə.Elçibəy barışıq qarşılığında ona vitse-prezident vəzifəsi belə təklif edib və bir sıra adamları, o cümlədən qardaşını bu təkliflə onun yanına göndərib. N.Pənahlının məlum iddiasına münasibət öyrənmək məqsədi ilə 24saat.org Ə.Elçibəyin qardaşı Almurad Əliyevlə əlaqə saxlayıb. A.Əliyev N.Pənahlının səsləndirdiyi fikirlərin cəfəngiyyat olduğunu vurğuladı: “Mənim N.Pənahlının yanına getməyim, ondan nə isə xahiş etməyim və ya kiminsə xahişini çatdırmağımla bağlı deyilənlər tamamilə yalandır. Belə bir şey əsla baş verməyib. Mən heç böyüklərə ağız açmamışam, o ki qaldı Nemət Pənahlı ola. N.Pənahlının dedikləri cəfəngiyyatdan başqa bir şey deyil”.