Amazon Çin və Asiyadan olan sifarişlərini ləğv etdi

10-04-2025, 09:14           
Amazon Çin və Asiyadan olan sifarişlərini ləğv etdi
Amerikanın aparıcı onlayn ticarət platforması olan "Amazon" şirkəti Çin və digər Asiya ölkələrindən bir sıra məhsul kateqoriyalarına verdiyi sifarişləri ləğv edib.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Ləğv edilən məhsullar sırasında şezlonqlar, skuterlər və kondisionerlər kimi müxtəlif istehlak malları yer alır.

Bildirilir ki, bu qərarın arxasında ABŞ-nin idxal məhsullarına tətbiq etdiyi yeni gömrük rüsumları dayanır.

"Amazon" şirkətinin nümayəndələri bu sifarişlərin ləğvi ilə bağlı rəsmi şərh verməkdən imtina ediblər.

2024-cü ilin hesabatında "Amazon" ticarət mübahisələrini potensial risk faktoru kimi qeyd etmiş və Çin təchizatçılarının şirkət üçün əhəmiyyətinə toxunmuşdu. Həmin ilin ilk rübündə şirkətin səhmləri 21,7% dəyər itirmişdi. Lakin 9 aprel 2025-ci il tarixində Amazon-un səhmlərində 0,7% artım qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru