Manatın insanların “cibində” qalma müddəti azalıb - DETALLAR

28-04-2025, 15:06           
Manatın insanların “cibində” qalma müddəti azalıb - DETALLAR
Bu ilin mart ayında milli valyutanın – manatın dövretmə sürəti 3,36 olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Mərkəzi Bank açıqlayıb.
Qeyd edək ki, fevral ayında manatın dövretmə sürəti 3,23 səviyyəsində olub.
Məlumat üçün bildirək ki, manatın dövretmə sürəti — milli valyutanın nə qədər tez-tez xərclənib yenidən dövriyyəyə qayıtdığını göstərən göstəricidir.
Mart ayında dövretmə sürətinin 3,36 olması o deməkdir ki, hər bir manat orta hesabla 3,36 dəfə əl dəyişdirib və iqtisadiyyatda xərclənib.
Manatın dövretmə sürətinin artması, ölkədə insanların pullarını “ciblərində” daha az müddət saxlayıb daha tez xərcləməsi ilə bağlıdır.
Mart ayında bu artım, əsasən Novruz bayramı alış-verişi və qiymət artımı (inflyasiya) ilə əlaqələndirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru