Müəllimləri dəstəkləyən təşəbbüs: Bu sahələrdə güzəştlər əldə edəcəklər

8-05-2025, 11:08           
Müəllimləri dəstəkləyən təşəbbüs:
"Məsələ sosial təşəbbüsdür. Müəllimləri, pedaqoqları dəstəkləyən prosesdir. Düşünürəm ki, olduqca uyğun addımdır. Muzeylər, teatrlar, zooparklar, şagirdlərlə gedilə biləcək müxtəlif yerlərdə pedaqoqların mütləq endirimə ehtiyacı var".

Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov deyib.

Ekspert bildirib ki, avtobusda, marketdə, teatrda olan güzəştlər dünya təcrübəsində tez-tez müşahidə olunur:

"Xaricdə hər müəssisə öz müəlliminə müəllim olduğuna dair identifikasiya kartı verir. Həmin kart artıq həmin şəxsin müəllim olduğunu sübut edir. Müəllimlər getdikləri hər yerdə xüsusi endirimlərdən faydalanırlar. Bizdə də bu cür islahat yalnız alqışa layiqdir. Bu təşəbbüsü ortaya atanları təbrik etmək lazımdır.

Müəllimlər həm özləri bu kimi fəaliyyətlərə maraqlıdırlar, həm də şagirdləri ilə birgə fəaliyyətdə olmaq istəyirlər. Şagirdlərə ödənişsiz olsa da, müəllimlər yetkin insan olduqları üçün bu kimi fəaliyyətlər onlara əlavə maliyyə yükü demək idi".

Qeyd edək ki, Azərbaycanda müəllimlərə güzəştli kartlar verilməsi nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru