“Naxçıvan Avtomobil Zavodu”nda BÖHRAN

16-08-2017, 13:49           
“Naxçıvan Avtomobil Zavodu”nda BÖHRAN
2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda cəmi 30 ədəd minik avtomobili istehsal edilib.

“Marja” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrünə nisbətən minik avtomobillərinin istehsalı 72% azalıb.

2017-ci ilin birinci yarısında cəmi 21 ədəd avtomobil istehsal edilmişdi. Beləliklə, İyulda cəmi 9 ədəd minik avtomobili istehsal olunub.

01.08.2017-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 133 ədəd təşkil edib. 01.07.2017-ci il vəziyyətinə 126 ədəd hazır məhsul ehtiyatı mövcud idi.

Azərbaycanda minik avtomobillərinin yeganə istehsalçısı “Naxçıvan Avtomobil Zavodu”dur.

2017-ci ilin yanvar-mart aylarında Azərbaycanda minik avtomobilləri istehsal olunmamışdı. Naxçıvan Avtomobil Zavodu istehsal prosesindəki fasiləni “yenidənqurma işləri” ilə əlaqələndirmişdi.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu “NAZ-Lifan” markalı minik avtomobilləri istehsal edir. Avtomobillərin ehtiyat hissələri Çindən idxal olunur. Müəssisənin ən iri müştərilərindən biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi idi. Avtomobillər dövlət büdcəsi vəsaitləri hesabına alınaraq əlillərə hədiyyə olunurdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru