Azərbaycanda yaşayan əcnəbilərin sayı açıqlanıb –67 nəfəri öz ölkəsindən qaçmış xarici vətəndaşdır

1-04-2018, 11:01           

2017-ci ilin 31 dekabr tarixinə Azərbaycanda olan və ya yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 109129 nəfərdir.

Trend-in məlumatına görə, bu barədə Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatda deyilir. Onlardan 64015-i olduğu yer üzrə qeydiyyat, 26-sı müvəqqəti olma müddətinin uzadılması, 34079-u müvəqqəti müvəqqəti yaşamaq üçün icazə, 10942-si daimi yaşamaq üçün icazə, 67-si isə qaçqın status ilə ölkə ərazisində yaşayır.

2017-ci il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilib, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, habelə müvəqqəti və daimi yaşama qaydalarının pozulması halları aşkar edilərək qarşısı alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru