Bugünkü imtahanda səhv sual olub? - Foto

26-07-2018, 16:11           
Bugünkü imtahanda səhv sual olub? - Foto
Bu gün abituriyentlərin ali məktəblərə qəbulu üzrə növbəti imtahan keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Dövlət İmtahan Məktəbi tərəfindən keçirilmiş II ixtisas qrupunda səhv, iki doğru cavabı olan test tapşırığı olub.

Bunu təhsil eksperti Kamran Əsədov iddia edib. O bildirib ki, iki cavabı olan suallardan biri də 91 saylı test tapşırığıdır: “Testin A və C bəndlərinin hər ikisi doğru cavabdır. DİM-in mütəxəssisləri iddia edə bilməzlər ki, abituriyent burada tam cavabı seçməlidir. Burda hər iki bənddə doğru cavab var və bu test tapşırığı abituriyentlərin xeyrinə qəbul edilməlidir”.
Bugünkü imtahanda səhv sual olub? -
K.Əsədov növbəti səhv testi də yayımlayacağını bildirib.

DİM-dən "Qafqazinfo"ya bildirilib ki, iddia doğru deyil, test imtahanına düşən bütün suallar eskpertizadan keçirilib, heç bir yanlışlıq yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru