Bakıda orta məktəb direktoruna İTTİHAM

24-08-2018, 23:32           
Bakıda orta məktəb direktoruna İTTİHAM
Bakı şəhəri 20 nömrəli məktəb-liseyin direktoru Səadət Veysova haqqında cia.az saytına maraqlı informasiya daxil olub. Belə ki, məktəb rəhbərliyi valideynlərə bildiriblər ki, məktəbli formasını yalnız məktəbin özündən ala bilərsiniz və bu forma fərqli olacaq. Əslində fərqli, məktəbə məxsus formaların olmasını alqışlamaq olar. Amma… amma bir şagir üçün formanın 82 manat olması, bu artıq valideynin cibinə girməkdən başqa bir şey deyil. Deyilə bilinər ki, litsey olaraq bunu edə bilər. Ancaq unutmaq lazım deyil ki, Bakı şəhəri 20 nömrəli məktəb-liseyi dövlətə məxsusdur və dövlətin tələblərinə uyğun addımlar atılmalıdır. İkinci tərəfdən bu gün özəl liseylər var ki, özlərinə məxsus formaları var və əksəriyyətində bu formalar pulsuzdur. Bəs onda 82 manat məsələsi haradan və hansı standartlara uyğun müəyyənləşdirilib? Cia.az saytının araşdırmasına görə, hazırda ən bahalı məktəbli formaları Bakı Tikiş Fabrikinə məxsusdur. Amma bu fabrikin də ən bahalı forması 55 manatdan yuxarı çıxmır. Belə başa düşülür ki, bir dəfə əməkdar müəllim, bir dəfə də töhmət alan direktor Səadət Veysovanı indi də üçüncü nə isə gözləyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru