Şəlaləyə körpüdən baxmaq pulludur - “Xal-xal” istirahət mərkəzindən açıqlama

25-08-2018, 23:14           
Şəlaləyə körpüdən baxmaq pulludur - “Xal-xal” istirahət mərkəzindən açıqlama
Şəlaləyə körpüdən baxmaq pulludur - “Xal-xal” istirahət mərkəzindən açıqlama
Oğuzun “Xal-xal” istirahət mərkəzində şəlalənin ödənişli olması ilə bağlı videogörüntü yayılıb.

Videogörüntüdə istirahətə gələnlərdən “Xal-xal” şəlaləsinə yaxından baxması üçün 1 manat 20 qəpik pul ödənilməsi tələb olunur. Mərkəzin bu tələbi narazılığa səbəb olub.

“Xal- xal” istirahət mərkəzinin məsul işçisi Yunis İskəndərov AzNews.az-a açıqlamasında bildirib ki, obyektdə şəlaləyə yaxından baxmaq üçün körpüdən istifadə edənlərdən bir manat tələb edilir:

“Biz istirahət mərkəzində şəxsi maliyyəmiz hesabına körpü salmışıq. Körpü pulludur. Körpüdən şəlalə daha aydın görünür. Körpüyə çıxan hər bir şəxs bir manat ödəməlidir. Amma bəzi adamlar bu pulu ödəmək istəmirdilər. Bəzi adamlar qayığa minib düşəndə pul vermək istəmirlər. Şəlalənin hər tərəfində minlərlə adam var. Onların hər biri şəlalənin yanında şərbəst şəkil çəkdirir. Amma körpüyə çıxmaq üçün 1 manat ödənməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru