Türkiyənin məşhur aktyoru, Azərbaycanda da sevilən Oqtay Qaynarca sosial şəbəkə hesablarında maraqlı foto paylaşıb. Cebhe.info xəbər verir ki, Oqtay Qaynarca “Qışa hazırlıq” qeydi ilə qış geyimində paylaşdığı fotoya izləyicilərdən çoxlu “Bəyəndim” gəlib.
Qeyd edək ki, aktyor “Qurdlar vadisi”ndə Süleyman Çakır obrazı ilə məşhurlaşıb.