Dünyaca məşhur müğənni Ledi Qaqa “İgidlik sevgisi” adlı geyim kolleksiyasını Nyu Yorkda Masis mağazasında tanıdıb.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, kolleksiyada 100 dollardan aşağı qiymətə satılan geyimlərdən əldə edilən gəlirin 25 faizi Qaqanın xeyriyyə fondu “Doğulduğun bu yol” ilə “Elton Con AİDS fondu”na bağışlanacaq.
Qeyd edək ki, Qaqa kolleksiyasındakı geyimləri bacısı Natali, dizayner Brandon Maksvel, bəzilərini isə Elton Con ilə birgə hazırlayıb.